ABŞ İrana iqtisadi təzyiqləri artıracaq
İran Ukraynadakı hərbi cinayətlərdə potensial şərik ola bilər.
Yerveinsan.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib ki, ABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı İrana iqtisadi təzyiqləri artıracaq.