İranın eks-prezidentinin qızı azadlıqdan məhrum edilib

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, ictimai fəal Faizə Haşimi 5 il müddətinə azadlıqdan məhrum edilib.

Yerveinsan.az xarici mediaya istinadən xəbər verir ki, o, hökumət əleyhinə etirazlardakı mövqeyinə görə həbs olunub.

Onun vəkili Nida Şəms bildirib ki, Faizə Haşimi hökumət əleyhinə etirazları qızışdırdığı üçün saxlanılıb.