Türkiyədə yeni PUA uğurla sınaqdan keçib

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının (PUA) sınaqlarını uğurla həyata keçirib.

 "Anadolu" agentliyi xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Bu il istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.

Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini yerinə yetirir.