Rusiya gündə 160 milyon avro itirir
Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin (CREA) araşdırmasına görə, embarqo və qiymət həddi səbəbindən Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlir xeyli azalıb.
Anadolu agentliyi xəbər verir ki, sanksiyalar RF-nin xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Rusiya embarqo və qiymət tavanı nəticəsində gündə 160 milyon avro itirir. Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi yanacaq ixracından gündə 640 milyon avro qazanır.