Britaniya Ukraynaya müasir tanklar verəcək

Britaniya hökuməti Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanı öz tankları ilə təmin etmək qərarına gəlib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak müdafiə nazirindən tanklar da daxil olmaqla, Ukraynaya yeni hərbi dəstək göstərməyi xahiş edib.

Əgər Böyük Britaniya Ukraynaya özünün “Challenger 2” tanklarını göndərsə, bu, rəsmi Kiyevin Qərb ölkəsi tərəfindən müasir ağır döyüş tankları ilə təmin edilməsi ilə bağlı ilk hadisə olacaq.