Ərdoğanla Putin arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişafı, o cümlədən energetika sahəsində əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər.

Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.

 Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında fikir mübadiləsi aparıblar.