Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.

Yerveinsan.az  Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Z.Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun

yarışının dörddəbir final matçının supervayzeri təyin edilib.

Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Steaua Bucuresti” (Rumıniya) - “ Olympiacos Piraeus” (Yunanıstan) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.