Bakıda qəza olub, yolda sıxlıq yaranıb

Bakıda Heydər Əliyev prospektində yol qəzası baş verib.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.

Xəbərə görə, qəza Heydər Əliyev prospektində, "ASK arena"nın qarşısında, mərkəz istiqamətində qeydə alınıb.

Bu səbəbdən həmin istiqamətdə avtomobil sıxlığı müşahidə olunur.