Kişi şahmatçılar arasında ölkə çempionatında finalçılar bəlli olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Yerveinsan.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar. Şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub ediblər.

Final yanvarın 26-27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq.

E.Səfərli və M.Muradlı isə üçüncü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.