Yens Stoltenberq: Asiya, Hind-Sakit okean regionu NATO üçün önəmlidir
NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Asiyadakı müttəfiqləri ilə əlaqələrini gücləndirmək üçün Cənubi Koreyaya səfər edib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Cənubi Koreya və NATO arasında tərəfdaşlığı gücləndirməliyik. Asiya, Hind-Sakit okean regionu Avropa və NATO üçün önəmlidir”, - deyə Y.Stoltenberq bildirib.
NATO-nun Baş katibi, həmçinin qeyd edib ki, NATO-ya üzv ölkələr bütün dünyada problemlərdən təsirlənir və qlobal təhlükə və çağırışlara, o cümlədən Çindən gələn təhlükələrə qarşı çıxmaq üçün digər məsələlərlə yanaşı, tərəfdaşlarla daha sıx əməkdaşlıq etmək lazımdır.
Təşkilatın mətbuat xidmətinin məlumatına görə, Stoltenberq Seulda xarici işlər naziri Pak Jin, milli müdafiə naziri Li Conq Sup və Cənubi Koreyanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Həmçinin onun ölkə prezidenti ilə görüşü də gözlənilir.
Yanvarın 30-da Yens Stoltenberq Yaponiyaya gedəcək və orada Baş nazir Fumio Kişida və digər rəsmi şəxslərlə görüşəcək.//AZƏRTAC