“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika konfransı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə  institutdan məlumat verilib. Konfrans Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi, Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri, dünyada dövlət-din münasibətləri modelləri, qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq, Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı, Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və s. mövzu və istiqamətləri əhatə edəcək.

Məqalələr mövzu və istiqamətlərə uyğun martın 27-dək [email protected] ünvanına göndərilə bilər.