Peşavar şəhərində məscid partladılıb

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərində məscid partladılıb.

 Pakistan polisinin məlumatına görə, partlayış günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib.

Şəhərin səhiyyə xidməti hadisə nəticəsində azı 17 nəfərin öldüyünü, 150 nəfərədək insanın yaralandığını bildirib.