Türkiyənin milli təhsil naziri Bakıdakı peşə mərkəzində olub

Türkiyənin milli təhsil naziri Mahmut Özer ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətinə mərkəzdə yaradılan inklüziv şərait, dual təhsil modelinin tətbiqi və yeni proqramlar haqqında ətraflı məlumat verilib.

Daha sonra Mahmut Özer Türkiyədə peşə təhsili sahəsi üzrə təlimlərdə iştirak edən müəllimlərlə görüşüb və səmimi söhbət aparıb.