“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” adlı respublika konfransı keçiriləcək


АМЕА-nın Fəlsəfə və Sosiologiya İnstitutunun akt zalında “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” adlı respublika konfransı keçiriləcək.

2023-cü il fevral ayının ikinci yarısında baş tutacaq tədbirdə çıxış etmək istəyənlər tezislərini sözügedən institutun elmi katibliyinə təqdim edə bilərlər.

Ünvan: H.Cavid pr.115 (AMEA-nın Əsas binası, 9-cu mərtəbə, Fəlsəfə və Sosiologiya İnstitutunun akt zalı)