Maraqlı məlumatlar - Bilirsinizmi?

1. Azərbaycanın Türkiyə ilə sərhədinin uzunluğu nə qədərdir? - 15 km
2. Azərbaycan relyefinin orta hündürlüyü nə qədərdir? - 657 m
3. Azərbaycanda maksimal atmosfer yağıntıları hansı bölgəyə düşür? - Lənkəran-Astara, 1959-cu ildə, Çərgəlana-2761 mm
4. “Bakı-Tbilisi-Ceyhan” neft-boru kəmərinin uzunluğunu müəyyən edin - 1767 km
5. “Bakı-Tbilisi-Ceyhan” neft-boru kəmərinin ən çox hissəsi hansı dövlətin ərazisindən keçir? - Türkiyənin
6. Azərbaycan sənaye sahələrinin hansının xüsusi çəkisi daha böyükdür? - Yanacaq
7. Neft Daşlarında ilk neft hasilatı hansı ilə təsadüf edir? -1949-cu ilə
8. Azərbaycanda müalicə əhəmiyyətli neft harada yerləşir? - Naftalan şəhərində
9. Azərbaycanda texniki bitkilərdən nə becərilir? - Pambıq, şəkər çuğunduru, kartof
10. Zəfəran ən çox hansı ölkədə becərilir? - İranda
11. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru xəttinin Azərbaycan hissəsinə ilk neft nə vaxt doldurulmuşdur?-25 may 2005-ci ildə
12. OPEK nədir, nə vaxt yaradılıb və neçə üzvü var? - Neft ixrac edən ölkələr qrupu, 1960-cı ildə, 16 üzvü vardır.
13. Azərbaycan Neft Fondu nə vaxt yaradılıb?-29 dekabr 1999-cu il
14. İnsanlara bəlli olan ilk metal: - mis metalı
15. Yer kürəsində kömürün ümumi ehtiyatını müəyyən edin: 14,8 trln. ton
16. Meşə örtüyünə görə hansı ölkə 1-ci yeri tutur? - RF 886 mln. ha
17. İqlim resurslarını müəyyən edin. - Günəş və küləyin enerjisi, rütubət
18. Demoqrafik siyasət nədir? - Dövlət tərəfindən doğuma, kəbinə, boşanmalara, yaş strukturuna, ölümə nəzarət (əhalinin artıb-azalmasının hərəkətinə dövlət tərəfindən nəzarətin tənzimlənməsi).
19. Dünyada neçə dil var? – 5000-ə qədər
20. Dünyada ən çox hansı dildə danışırlar? - Çin dilində, 1,2 mlrd. nəfər
21. Ağılların miqrasiyası nədir? - Mütəxəssislərin bir ölkədən digərinə köçüb getməsi
22. Bərpa olunan təbii sərvətlər hansılardır? - Meşə
23. Ətraf mühitin çirklənməsinin insan amili necə adlanır? - Antropogen amil
24. Ekoloji tarazlığı ən çox pozan sənaye sahəsi: Kimya, metallurgiya
25. Dünyada neft ixracma görə hansı ölkə 1-ci yerdədir? - Səudiyyə Ərəbistanı
26. Ən böyük AES hansı dövlətdə tikilmişdir? - Yaponiyada
27. Dünyada ən böyük gücə malik AES-in adını müəyyən edin. - Fukusima - 10,5 mln.kvt.
28. Alternativ enerji mənbələri hansılardır? - Günəş, külək, qabarma - çəkilmə, geotermal
29. Şəkər qamışının vətəninin hara olduğunu müəyyən edin - Hindistanın Benqal ştatı
30. Əhali artımının 2-ci tipi doğumun yüksək olması ilə səciyyələnir. Ona görə də hər 1000 nəfər hesabı ilə doğum 50 promil, ölüm 25 promil, təbii artım 25 promil təşkil edir ki, bu da əsasən Yəmənə, Zambiyaya, Keniyaya, Mozambikə aiddir.
31. Doğumun çoxluğuna başlıca səbəblər:-Əhalidə sosial və intellektual səviyyənin aşağı səviyyədə olması; savadsızlığın üstünlüyü; ailələrdə çoxuşaqlılığa meyillərin üstünlüyü - necə deyərlər, qonşularda yarışın olması; çox oğlan doğmağa marağın yüksək olması; aborta qarşı dini qadağalarm qoyulması, abortun qadağan edilməsi; erkən yaşlarda (kiçik yaşlarda) ailə - kəbinin qurulmasınm mövcudluğu
32. Norveçdə mövcud 200-dən artıq SES-lərin çoxu iqtisadi, texniki, mühəndis düşüncəsi, habelə məhsuldar torpaqların azlığı baxımından yerin altında tikildiklərini bilirsinizmi?
33. Hər il dünya okeanına 6-15 mln. ton neft və neft məhsullarının töküldüyünü bilirsinizmi?
34. Odunun istilikvermə qabiliyyətinin - 3000, torfun -3500, qonur kömürün - 1000-1500, daş kömürün - 7000-8500, neftin - 9000-11000, təbii qazın - 8000 - 13500, uranın – 21000000000 kkal/kq olduğunu yaddan çıxarmayın.
35. Dünyada ən keyfıyyətli kömürün Avstraliyada olduğunu unutmayın.
36. Ən çox su tutumlu sənaye sahələrindən birinin AES olduğunu da unutmayın.
37. Yaponiyada torpaq çatışmazlığı və digər səbəblərdən AES-lərin okeanda yaradılmış süni-antropogen mənşəli adalarda yerləşdirildiyini yadda saxlayın.
38. Tokionun küçələrinin ümumi uzunluğu ekvatorun uzunluğunun yarısından artıq olmaqla 22,0 min km-dən çox, evlərinin 23 rayonda 4 mln-dan artıq olduğunu unutmayın.
39. Misirdə 1971-ci ildə Nil çayı üzərində tikilmiş “Nasir” adına su anbarı həcminə görə dünyada 4-cü olmaqla ildə 800 min ha torpaq sahəsini suvarmağa imkan verdiyini də yadda saxlayın.
40. Dünyada maksimal atmosfer yağıntılarının Cerrapuncada 23000 mm olduğunu, orta illik yağıntıların yenə də orada - 12270 mm-dən artığa çatdığını, ən az yağıntıların isə Misirin Asuan yaşayış məntəqəsində sıfır (0) mm olduğunu yadda saxlamalıyıq.
41. Hər il adambaşına düşən spirtin istehsal miqdarına görə Rusiyanın (14 litr) 1-ci, Fransanın (11,5 litr) 2-ci, Almaniyanın (9,6 litr) 3-cü və ABŞ-ın (9,2 litr) 4-cü yeri tutduğunu, yəqin ki, yadda saxlayırsınız?
42. Narkotik maddələrin hasilatına görə dünyada 1-ci yeri Kolumbiya, 2-ci yeri Şərqi Asiya ölkələri (Myanma, Çin, Laos), 3-cü yeri Orta Şərq - Əfqanıstan, 4-cü yeri Orta Asiya- Qırğızıstanın tutduğunu unutmayın.
43. Yer kürəsində mütləq maksimum temperaturun Liviyanın Tripoli şəhərində+58°C, ABŞ-ın Ölüm Dərəsi hissəsində+57°C, Avstraliyanın Mallarbor səhrasında 57°C olduğunu bilirsinizmi?
44. Dünyanın hansı ölkəsidir ki, bütün ştatlarında elektrik enerjisi hasil olunur? - ABŞ
45. Ən böyük SES kaskadları dünyanın hansı ölkələrində yaradılmışdır? - ABŞ, Çin, RF.
46. Dünyanın hansı ölkəsidir ki, illik avtomobil buraxılışının çoxluğuna görə “avtomobil ştatı”, “avtomobil mərkəzi- paytaxtı”na malik olmaqla 26 ştatın 125 şəhərində avtomobil quraşdırılır? - Amerika Birləşmiş Ştatları
47. Dünyanın ən böyük aeroportu hansı dövlətdə yerləşir? - ABŞ-da.
48. Hansı ölkə xarici ticarət dövriyyəsinə görə dünyada 1-ci yeri tutur? - ABŞ
49. Dünya okeanının planetimizin neçə faizini təşkil etdiyini bilirsinizmi? - 71 faizini
50. Dünya okeanında olan neftin, qazın miqdarının nə qədər olduğunu, yəqin ki, bilirsiniz: - 150 mlrd. ton, 150 trln. kub. metr
51. Dünyada neçə beynəlxalq çay hövzələrinin olduğunu bilirsinizmi? - 214: Reyn, Amazonka, Konqo, Nil, Niger, Dunay və başqaları
52. O hansı çaydır ki, 12 ölkə ərazisindən keçir? - Dunay
53. Dünyanın hansı ölkəsidir ki, ancaq orada bərpa olunan enerji mənbələri üzrə xüsusi nazirlik fəaliyyət göstərir? - Hindistan
54. Afrikanın hansı şimal dövlətində neft hasil olunur? - Əlcəzairdə
55. Dünyada hansı ölkəni immiqrantlar ölkəsi adlandırırlar? - Amerika Birləşmiş Ştatlarını, bunlar işləyənlərin 8 %-ni təşkil edir.
56. ABŞ-ın neçə ştatında neft hasil olunur? - 20 ştatında
57. ABŞ-da nə vaxt, harada və hansı AES-də qəza hadisəsi baş vermişdir?-1979-cu ilin martında, Pensilvaniya ştatının Harrisberq şəhərindəki Tri-Mayl-Aylend AES-ində.
58. Braziliyanın dünyada hər il 2,0 mln. ədədə qədər istehsal etdiyi avtomobilin şəkər qamışından aldığı etil spirti əsasında işlədiyini bilirsinizmi?
59. Göydələnlərin çoxluğuna görə Latın Amerikasının Nyu-Yorku adlandırılan San-Paulo şəhərinin Braziliyanın “iqtisadi paytaxtı” hesab edildiyini, yəqin ki, unutmazsınız.
60. Panama kanalının “Amerika körpüsü” adlandırıldığını da yəqin ki, unutmazsınız.

Töfhəxanım Ağabalazadə
“Azinterpartlayış-X” MMC-nin əməkdaşı