Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Hazırda Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Bakı yollarındakı vəziyyət aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Yusif Səfərov küçəsi,mərkəz istiqamətdə;

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.