Sumoçularımız Avropa kuboku yarışlarında 3 qızıl və 3 gümüş medal qazanıblar

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yarışlarında 3 qızıl və 3 gümüş medal qazanıblar.

Yerveinsan.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar.

Azərbaycan yığması komanda hesabında birinci olub.