Türkiyədə zəlzələdə 1014 nəfər həlak olub, 7 mindən çox insan xəsarət alıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1014 nəfərə çatıb, 7 mindən çox insan xəsarət alıb.

Yerveinsan.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, Kahramanmaraş zəlzələsindən sonra 105 afterşok qeydə alınıb, 2 min 824 bina dağılıb.

Qeyd edək ki, NATO və Avropa İttifaqının 45 ölkəsi Türkiyəyə yardım göstərməyə hazır olduğunu bildirib. Azərbaycan qardaş ölkəyə ilkin olaraq 420 nəfər xilasedici göndərib.