Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan olunub
Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan edilib.
Bu barədə Şimali Kipr Prezidenti Ersin Tatar tviter hesabında yazıb.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - deyə o tviter hesabında qeyd edib.