Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişdi

Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Babək prospektində yerləşən "Doğtaş Mebel" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbilə dəyişdirilib.

Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.