Mustafa Şentop zəlzələdən zərər çəkən ailələrlə görüşüb
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərər çəkən ailələrlə görüşüb.
Yerveinsan.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Mustafa Şentop Hatayın zəlzələdən zərər çəkən Defne, Kırıkhan və Antakya rayonlarında olub, görülən işlər barədə məlumat alıb. O, zəlzələdən zərər çəkən ailələrlə görüşüb, xilasetmə qrupları ilə söhbət aparıb.