Fövqəladə Hallar Nazirliyinin Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib.
Nazirlikdən verilən məlumata görə, toplantı Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin iştirakı ilə keçirilib.
Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

