Azərbaycan cüdoçuları Təl-Əvivdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq.

Azərbaycan milli komandası turnirdə yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.