Türkiyədə zəlzələ bölgəsində 62 minə yaxın bina sökülməlidir
Türkiyədə zəlzələ bölgəsində indiyədək 481 685 bina araşdırılıb.
Yerveinsan.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum məlumat verib.
Onun sözlərinə görə, bunlardan 61 722 binanın təcili sökülməli olduğu məlum olub. Eyni zamanda bildirib ki, 19 917 bina orta dərəcədə zədələnib.