Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,4 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda yerli vaxtla saat 03:56-da 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ təxminən 7 kilometr dərinlikdə olub.