Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə bazar günü Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.
"Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub", - deyə məlumatda bildirilir.