Kahramanmaraş valisi Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu çərçivədə Türkiyə Respublikasının Kahramanmaraş vilayətinin valisi Ömər Faruk Coşqun fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.
Görüşdə zəlzələdən ciddi ziyan çəkmiş Kahramanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.
Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

