Türkiyədə 5.6 bal gücündə zəlzələ olub, ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir
Türkiyənin Malatya bölgəsində 5.6 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dağılan binaların olduğu müəyyən edilib. Hazırda ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.