Ermənistan sülh müqaviləsi ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir - Ceyhun Bayramov

Üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. Biz də öz növbəmizdə rusiyalı tərəfdaşlarımızı bəzi nöqtələrdəki vəziyyətlə bağlı məlumatlandırdıq. Ermənistan tərəfinin sülh müqaviləsi üzrə işlərlə bağlı qeyri-konstruktiv mövqeyini davam etdirməsi təəssüflə qeyd olunub.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.