Azərbaycan qış Avropa çempionatında iki atletlə təmsil olunacaq

Martın 2-5-də İstanbulda atletika üzrə qış Avropa çempionatı keçiriləcək.

Yerveinsan.az Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, çempionatda ölkəmizi Nazim Babayev və Yekaterina Sariyeva təmsil edəcəklər.

Atletlərimiz yarışda məşqçiləri Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi altında mübarizə aparacaqlar.