Nazir Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Qule ilə görüşüb.

Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyindən bəhs edib.

Tərəflər, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi, azad edilmiş ərazilərdə mövcud mina təhdidi və Azərbaycan tərəfinin apardığı minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.