Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

 Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında təklif edib ki, Milli Məclis adından Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlansın.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.