Kosmik hava durumu və proqnozu açıqlanıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, geomaqnit sahənin vəziyyəti son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hazırda isə Kp indeksi 2-ə bərabərdir.

Martın 9 –dan 11-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M sinif 40 faiz, X sinif isə 10 faiz təşkil edir. Martın 11-də 3242 və 3245 oblastları səbəbli R1-R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin bu gün pik səviyyədə olacağı sonra qismən zəifləyəcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Martın 6-da baş vermiş CME ilə əlaqədar yeni zərbə dalğaları olmazsa, kosmik havanın sakit olacağı, martın 11-də isə digər CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir.

Proqnoz dövründə geomaqnit qasırğası gözlənilmir.