İstehlaka yararsız qida məhsulları məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə əlaqədar daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 72 adda 10,63 ton müxtəlif növ süd və süd məhsulu, 4 adda 13,5 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 37,05 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.