Fövqəladə hallar nazirinin Salyan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən bu il martın 17-də Salyan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Nazirlikdən bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.