Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Masallı rayonunda keçirilib və meşə fondu torpaqlarında 2800 ədəd ağac əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ və Quba rayonlarının meşə fondu torpaqlarında aparılıb.

Gün ərzində meşə fondu torpaqlarında, ümumilikdə 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.