FHN-in Türkiyədə olan ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturunun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib.

Bu barədə  FHN-dən məlumat verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə 684-ü uşaq olmaqla, 3123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.