Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2035 cinayət faktı aşkarlanıb

Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2035 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından  bildirilib ki, cinayət faktlarının 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.