Ağdamda mina partlayışı nəticəsində iki nəfər həlak olub

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Araşdırma aparılır.