Muxtar Babayev: BMT-nin müvafiq qurumlarından Oxçuçayın çirklənməsinin qarşısının alınması ilə bağlı konkret cavab almadıq

Xatırlatmaq istərdim ki, 2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirklənmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik.

Bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

“Təəssüf ki, bu problemin həlli və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir konkret və mənalı cavab almadıq. Bu, transsərhəd su problemləri ilə məşğul olmaq üçün qaçırılmış fürsət idi. Amma yenə də biz inanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik”, - deyə M.Babayev bildirib.//AZƏRTAC