Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər müzakirə olunub.
“Görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik!”, - məlumatda qeyd olunub.

