Elmi dərəcə və ad almış 36 iddiaçıya diplomlar və attestatlar təqdim edilib

Prezident yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 36 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bu barədə AAK-dan məlumat verilib.

Bildirilib ki, texnika, fizika, kimya, biologiya, filologiya, pedaqogika, coğrafiya, siyasi, aqrar, hüquq və iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 21 iddiaçıya fəlsəfə doktoru diplomları, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

Filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (rus ədəbiyyatı)” ixtisası üzrə 2, “German dilləri” ixtisası üzrə 2 və “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1, tarix elm sahəsində “Vətən tarixi” və “Ümumi tarix” ixtisaslarının hər biri üzrə 2, aqrar elmlər sahəsində “İnsan və heyvan fiziologiyası” və “Aqrokimya” ixtisaslarının hər biri üzrə 1, coğrafiya elm sahəsində “İqtisadi coğrafiya”, psixologiya elm sahəsində “Sosial psixologiya” və iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.