Laçın rayonunda əl qumbaraları aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində şəhər ərazisindən 2 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.