Abşeronda narkotik satan şəxs saxlanılıb

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətindən bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynovdan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.