Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlıq daha da genişlənəcək - XİN

Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə qeyd edib.

“Yaşasın daha güclü və firavan Azərbaycan-İsrail tərəfdaşlığı”, - deyə o bildirib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.