Ceyhun Bayramov Yoav Gallantla görüşüb
İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müdafiə naziri Yoav Gallantla görüşüb.
Yerveinsan.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə bildirib.
Diplomat bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə edib.
Azərbaycanın İsraildə səfirliyinin açılması həm müdafiə, həm də mülki sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün ilkin addım kimi qiymətləndirilib.

