Gimnastlarımız Polşada Vavel beynəlxalq turnirində güclərini sınayacaqlar

Martın 31-dən aprelin 4-dək Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turniri keçiriləcək.

Yerveinsan.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ənənəvi turnirdə təmsilçilərimiz də çıxış edəcəklər.

Yığma komandamızın üzvləri Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Fərhad Mustafayev (tamblinq), Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev (batut gimnastikası) medallar uğrunda mübarizə aparacaqlar.

Bu gün komandamız Polşaya yola düşüb.