Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib
Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
TASS xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.
Qeyd edək ki, Türkiyə Finlandiyanın alyansa qoşulmasını dəstəkləməyən sonuncu NATO üzvü idi.