İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı qərar layihəsi təsdiqləndi
İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə əlaqədar qərar layihəsi Milli Məclisdə təsdiqlənib.
Bununla bağlı məsələ parlamentin aprelin 4-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

