Daha iki yolda sürət həddi endirildi

Daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik.